Gün yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış ya­ğacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, axşama doğru şi­mal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 13-17°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz ola­caq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmur­suz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xa­rakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağa­cağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mü­layim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 21-26°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya