AMEA-nın Coğrafiya İnstitutunun direktoru Zakir Eminov son vaxtlar Kür çayında yaranan bir çox problemlərlə bağlı açıqlama verib. O deyib ki, Volqa çayında suyun səviyyəsi 30 faizdən çox azalıb. Kür çayı isə son 2 ildə Xəzər dənizinə şirin su gətirmir.
İnstitut direktoru, həmçinin bildirib ki, son dövrlərdə Xəzər dənizində şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb: “Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər aşağı düşüb. Bu da gəmilərin sahilə yan almasında problemlərə gətirib çıxarıb”.
Z.Eminov onu da əlavə əlavə edib ki, son illər Kür-Araz ovalığında bir çox ekoloji problemlər yaranıb. Alimin sözlərinə görə, havanın temperaturu yüksəldikcə, ərazidəki meşələrin sahələri azalır. Suvarma suyuna qənaət etmək üçün isə mütləq səmərəli suvarma şəbəkələri qurulmalıdır.
N.AYTƏN
XQ

