Cüdoçumuz dünya gümüşü qazanıb

post-img

Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında komandamız daha bir medal qazanıb. 

Yığmamızın aktivinə gümüş mükafatı Vüqar Ta­lıbov (90 kq) yazdırıb. 

Mübarizəyə 1/16 finaldan başlayan 20 yaşlı id­mançı finala qədər bütün rəqiblərini məğlub etsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabata­ya uduzub. 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan cüdo­çularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Niza­mi İmranov (60 kq) gümüş medal əldə ediblər.

Leyla SABİRQIZI 
XQ

İdman