Futzal üzrə Azərbaycan milli komandası “Dünya çempionatı–2024”ün elit-raund mərhələsində növbəti oyununu keçirib.
Vitali Borisovun baş məşqçi olduğu kollektiv Bakıda qrup lideri Qazaxıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüşün 12-cidəqiqəsində komandamızın üzvü Hadi Ahmadi hesabı açıb. Qonaqlardan 23-cü dəqiqədə Birjan Orozov hesabı bərabərləşdirib. Onun komanda yoldaşları Duqlas Juniorun 27-ci, Dauren Tursaqulovun 36-cı dəqiqədə vurduqları qol ilə rəqib iki top fərqi ilə üstünlük qazanıb.
Edson 39-cu dəqiqədə komandasının 4-cü qolunu vurub. Matçın son qolunu isə 40-cı dəqiqədə yığmamızın heyətində Maneka rəqib qapısından keçirib.
Beləliklə, Qazaxıstan Azərbaycan millisinə 4:2 hesabı ilə qalib gəlib.
Matçı Finlandiyadan olan hakimlər briqadası idarə edib.
Leyla SABİRQIZI
XQ