Avropanın təcrübəli mütəxəssisi “Neftçi”də

post-img

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç milli komandasının idman direktoru Yens Andersson “Neftçi” ilə müqavilə bağlayıb.

Klubdan bildirilib ki, funksioner klubun idman direktoru vəzifəsinə təyin olunub. 50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) klublarında idman direktoru olaraq çalışıb.

Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib. Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda Yens Andersson böyük pay sahibidir.

Leyla SABİRQIZI 
XQ

 

İdman