Çuğundur, kələm, pomidor fəsli

post-img

Payızda hər insanın gündəlik rasionuna bu 3 tərəvəz mütləq daxil edilməlidir: çuğundur, kələm, pomidor (tomat). Dietoloqların əksəriyyəti çuğunduru payız neməti adlandırırlar. 

Pəhriz həkimi Tatyana Meşeryakova deyib ki, soyuq aylarda həftədə ən azı 500 qram çuğundur müntəzəm yeyilməlidir.

O, bildirib ki, çuğunduru təzə şəkildə və ya azca qaynadıb yemək də olar. Çuğundurun iri yarpaqları da yeyilir, istəyən istifadə edə bilər. Bu tərəvəz dəmir, kalium, yod, vitamin və antioksidant mənbəyidir.

Çuğundur salatı və ya şirəsi təzyiqi olanlara bir dərman kimidir, həmçinin həzmi yaxşılaşdırır, qan dövranını artırır, qaraciyəri təmizləyir.

Payızda kələm, turp, yer alması kimi tərəvəzlərdən salatlar, şorbalar yemək lazımdır. Onlar immun sistemi gücləndirir. Təzə tərəvəzlərdən istifadə edərkən hazırlanan salatlara mayonez əlavə etmək məsləhət görülmür.

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat