İki güləşçimiz dünya çempionu olub

post-img

Azərbaycanın yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Eldəniz Əzizli (55 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında böyük uğur qazanıblar. 

Finalda iranlı rəqibi Əlirza Mohmadipianini məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib. E.Əzizli isə həlledici mərhələdə gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələrək üçqat dünya çempionu adına layiq görülüb. Komandamızın digər üzvü Sənan Süleymanov (77 kq) isə Qırğızıstan təmsilçisi Akjol Mahmudova uduzaraq gümüş medalla kifayətlənib. 

 

Leyla SABİRQIZI 
XQ

İdman