“Böyük dəbilqə”də 1 qızıl, 1 gümüş medal

post-img

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov (66 kq) Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

İdmançımız final görüşündə parlaq qələbə qazanıb. O, həlledici görüşdə yaponiyalı Takeşi Takeokaya cəmi 12 saniyəyə “ippon”la qalib gəlib. Qadın cüdoçumuz Leyla Əliyeva isə qızıl medal görüşündə italiyalı Skutto Assuntaya uduzaraq ikinci yerlə kifayətlənib.

 

Leyla SABİRQIZI 
XQ

İdman