“Türk dünyası ədəbiyyatının tərlanları”

post-img

Milli Kitabxana – 100

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

Bu münasibətlə kitabxanada qazax ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyinə və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, alim- pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransdan öncə Qazax ədəbiyyatının görkəmli yazıçısı Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinin açılışı olub.

Milli Kitabxananın direktoru Kərim Tahirov konfransın plenar iclasını açıq elan edib. Konfransda mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otorbayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, yüksək səviyyəli şəxslər, ziyalılar və ədəbiyyat- sevərlər iştirak edirlər.

XQ

 

Mədəniyyət