Gürcüstanda taekvondo üzrə “Batumi Açıq” turnirində Azərbaycan təmsilçiləri uğurla çıxış edərək 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Masallı Regional Taekvondo Mərkəzinin komandasının üzvü Pünhan Heydərli (33 kq) uşaqlar arasında qalib olub. Yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) yeniyetmələrin yarışında ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutublar.
“Alpman” klubunun taekvondoçuları 3 qızıl və 2 bürünc medal qazanıblar. Uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Aziza Məmmədova və Səidə Həsənova (47 kq) qızıl medal alıblar. Murad Həsənzadə (25 kq) və Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.
“Alov” klubunun yetirmələri Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıblar.
Digər medalları “Azəri” klubundan İbrahim Qədimov (54 kq, qızıl) və Ülvi Məmmədov (36 kq, gümüş) komandamızın aktivinə yazdırıblar.
Leyla SABİRQIZI
XQ