Avropa turnirində 3 mükafat

post-img

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirini 3 medalla başa vurublar. 

Komandamızın üzvlərindən ən yaxşı nəticəni Nəriman Mirzəyev (73 kq) qazanıb. Cüdoçumuz bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüb. İslam Rəhimov (66 kq) gümüş, Ruslan Nəsirli (100 kq) bü­rünc mükafata yiyələniblər. 

Leyla SABİRQIZI
XQ

İdman