Dünya çempionatı: Gümüş medal, Olimpiadaya lisenziya

post-img

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının yarımfinalında gürcüstanlı Givi Matçaraşviliyə 6:1 hesabı ilə qalib gələrək finala çıxıb. İdmançımız finala yüksəlməklə, həm də Paris Olimpiadasına lisenziya qazanıb.

Komandamızın digər üzvü Osman Nurmaqomedov (92 kq) isə gümüş medal qazanıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Leyla SABİRQIZI
XQ

İdman