Gündə 5 qara gavalı...

post-img

Rusiyalı dietoloq İrina Mansurova insanların ən çox qəbizliyi aradan qaldırmaq üçün istifadə etdikləri gavalının digər faydalı xüsusiyyətləri barədə açıqlama verib. 

Bildirib ki, gavalı dəmir və kaliumla zəngindir. Bu da dayaq-hərəkət, sümük, ürək-damar xəstəliklərinin profilaktikası üçün çox va­cibdir.

Qanazlığı, xüsusilə, dəmir defisitli anemiyası olanlar gündə 5 ədəd ga­valı yeməlidir. Çünki onun 100 qramında 2 mq dəmir var.

Gavalı, həmçinin da­marları təmizləyir, qa­raciyərə faydalıdır. Eyni zamanda, qanda şəkəri stabilləş­dirir. 

Həkim, həmçinin bildirib ki, həzm problemi, ishal və öd daşı olanlar gavalıdan ehtiyatla istifa­də etməlidirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat