Bölgələrdə leysan gözlənilir...

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yer­lərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz oluna­caq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti ola­caq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın bəzi rayonların­da arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə intensiv olacağı, dolu düşə­cəyi, dağlıq ərazilərdə qar yağaca­ğı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Müla­yim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlar­da gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya