AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırıb

post-img

AFFA İntizam Komitəsi “Qəbələ” futboı klubunun baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

"XQ" AFFA-ya istinadən xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.

43 yaşlı məşqçi bir oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.

Qeyd edək ki, “Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman