Bu axşam "AVRO-2024"-ün seçmə mərhələsində V tur start götürür

post-img

Bu gün futbol üzrə "AVRO-2024"-ün seçmə mərhələsində V tura start veriləcək. İlk oyun günündə 9 qarşılaşma keçiriləcək.

"XQ" xəbər verir ki, son dünya çempionatının finalçısı Fransa millisi İrlandiyanı qəbul edəcək. B qrupunun digər matçında Yunanıstan Niderland yığmasının qonağı olacaq.

Fransa - İrlandiya və Niderland - Yunanıstan matçları saat 22:45-də start götürəcək.

E qrupunda isə eyni vaxtda Çexiya - Albaniyanı, 

Polşa - Farer adalarını qəbul edəcək.

G qrupu Litva  Monteneqro ilə (saat 20:00) Serbiya isə Macarıstanla (saat 22:45) qarşılaşacaq. 

H qrupunda isə Qazaxıstan - Finlandiya (saat 18:00), Danimarka - San Marino (saat 22:45) və Sloveniya - Şimali İrlandiya (saat 22:45) görüşləri keçiriləcək

 

Elçin ABBASOV,

XQ

İdman