Minifutbol üzrə UEFA Çempionlar Liqasında növbəti oyunlar

post-img

Bu gün “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan minifutbol üzrə UEFA Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək.

"XQ" UEFA-nın rəsmi məlumatına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupundakı ikinci matçında Moldovanın "Volta" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Üçüncü görüşdəki rəqib Albaniyanın "Prestij" klubu olacaq. Bu oyun isə saat 20:00-da başlayacaq. “Birbaşa Bakı” ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib - 3:1.

"Zirə" isə F qrupunda iki oyun keçirəcək. Komanda Bakı vaxtı ilə saat 12:00-da Ukrayna "Andezit"i, saat 20:00-da Bolqarıstan "Terra Trak"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.

 

Elçin ABBASOV,

XQ

İdman