Vladanka Andreyeva: Azərbaycan hökuməti əhalini sosial təminatla təmin etməklə hər bir vətəndaşının yanında olduğunu sübut edir

post-img

Bütün dünyada sosial təminatın aktuallığı getdikcə artır. Qeyri-bərabərliyin artması fonunda əhalinin bütün təbəqələrinin sosial təminata əlçatanlığı əsas hədəflərdəndir. Ona görə də maliyyə və insan resursları artırılmalı və elə sistem qurulmalıdır ki, vaxtında və innovativ xidmətlər həyata keçirilsin. Vahid platformanın olması isə sosial xidmətlərin təminatına xüsusi təsir edir.

Bunu BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, Azərbaycan hökuməti əhalinin bütün təbəqələrinin sosial təminatla əhatə olunmasını təmin etməklə hər bir vətəndaşının yanında olduğunu sübut edir. BMT ailəsinin üzvü olan Azərbaycanda DOST xidmətləri barədə hər kəs məlumatlı olduğunu deyib.

V.Andreyeva ölkəmizdə sosial təminat sahəsində uğurlu islahatlar aparıldığını qeyd edib. Sosial təminatın hər kəs üçün əlçatanlığının, yeni iş yerlərinin açılmasının, maliyyə və insan resurslarının artırılmasının, sosial inkişaf strategiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Siyasət