"İrəvan" FK heyətini gücləndirir

post-img

“İrəvan” FK növbəti transferini də reallaşdırıb. 

Klubun mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlıdan aldığımız məlumata görə, klub belaruslu qapıçı  Andrey Sinenko ilə müqavilə imzalayıb. 1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq tanınmış qapıçının  son klubu vətənində “Dinamo Minsk” olub.

Xarırladaq ki, 2023/2024-cü illər mövsümündə I Liqa 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Liqada 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

XQ





İdman