Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 300 Bakı şəhəri, 31 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyin­dəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Səhiyyə sahə­sində təchizat və təminatla bağlı fəaliy­yətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 mart tarixli 2061 nömrəli Fərmanının ic­rasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757; 2020, № 5, maddə 641; 2021, № 4, maddə 408; Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 275 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tibbi Ərazi Böl­mələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”na aşağıdakı məzmunda 6.4-cü bənd əlavə edilsin:

“6.4. “İnnovasiya və Təchizat Mərkə­zi” publik hüquqi şəxsi”.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları