Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 299 Bakı şəhəri, 31 avqust 2023-cü il

“Artıq ödənilmiş vergilərin, məc­buri dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları­nın, faizlərin və maliyyə sanksiyaları­nın qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəl­ləsinin təsdiq edilməsi, qüvvəyə minmə­si və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Res­publikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respubli­kası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstə­rilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.4-cü bəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6, maddə 349; 2005, № 2, mad­də 134; 2006, № 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905; 2017, № 10, maddə 1888; 2019, № 7, maddə 1335; 2021, № 3, maddə 282, № 7, maddə 876, № 11, maddə 1287; 2022, № 5, maddə 576) ilə təsdiq edil­miş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndində “vergi he­sabatı dövrü qurtardıqdan sonra” söz­ləri “vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uy­ğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları