Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 298 Bakı şəhəri, 30 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətraf mühitə dair infor­masiyanın verilməsinin maliyyələş­dirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qay­daları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 7 iyul tarixli 88 nömrəli, “Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2003-cü il 25 iyul tarixli 93 nöm­rəli, “Radiotezliklərin ayrılması, qey­diyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edil­məsi haqqında” 2007-ci il 1 fevral ta­rixli 22 nömrəli, “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qay­dası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 7 mart tarixli 67 nömrəli və “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təs­diq edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 517 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azad­lığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqın­da”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Res­publikasının qanunlarında dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikası­nın 2023-cü il 17 fevral tarixli 810-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2003, № 7, maddə 388; 2020, № 5, maddə 643) ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələş­dirilməsi mənbələrinin və ödənişin həc­minin müəyyənləşdirilməsi Qaydaları”nın 1.2.1-ci yarımbəndində “kütləvi informa­siya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 25 iyul tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2003, № 7, maddə 393) ilə təsdiq edilmiş “Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 3.3-cü bəndlərdə “kütlə­vi informasiya vasitələrində” sözləri “me­diada” sözü ilə əvəz edilsin;

2.2. 2.3-cü və 3.1-ci bəndlərdə “kütlə­vi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, mad­də 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 158; 2021, № 7, maddə 888; 2022, № 4, maddə 391, № 5, mad­də 558, № 8, maddə 1015, № 12, maddə 1544; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 iyul tarixli 246 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Radio­tezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”­nın 1.9-cu bəndində “Teleradio” sözü “Te­leviziya və radio” sözləri ilə, “Televiziya və radio yayımı haqqında” sözləri “Media haqqında” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 236; 2020, № 10, maddə 1311) ilə təsdiq edilmiş “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qayda­sı”nın 4.1-ci bəndinin altıncı abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2464; 2022, № 4, maddə 380, № 7, maddə 810) ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitə­dən istifadə üçün xüsusi Qaydalar”ın 1.4-cü bəndində, 1.5-ci bəndinin ikinci cüm­ləsində, 2.1.3-cü yarımbəndində (hər iki halda), 2.1.6-cı yarımbəndinin ikinci cüm­ləsində və 2.1.7-ci yarımbəndində “tele­radio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları