Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 297 Bakı şəhəri, 30 avqust 2023-cü il

“Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edil­məsi haqqında

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qo­şulma proseslərinin daha da sadələşdi­rilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyi­şiklik edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 3 fevral tarixli 2020 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikinti obyektlərinin qazpaylayı­cı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. tikinti obyektlərinin qazpaylayı­cı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal” mərkəzləri yaradıl­madığı regionlarda bu mərkəzlər yara­dılanadək “ASAN xidmət” mərkəzləri va­sitəsilə həyata keçirilir. 

2.2. Kommunal Xidmətlər Vahid İn­formasiya Sistemi fəaliyyətə başlayana­dək “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nda həmin sis­tem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təs­diq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanma­sı və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust 

tarixli 297 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması 

və ya əlavə qaz həcmi alması

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 

1.1.1. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması; 

1.1.2. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması;

1.1.3. ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1.  qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında isteh-lakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti;

1.2.2.  sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs;

1.2.3.  xidmət nöqtələri – kiçik və orta biznes evləri (KOB evləri), “ASAN Kommunal” mərkəzləri;

1.2.4.  qoşulma xidmətinə görə ödəniş – tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğ;

1.2.5.  qoşulma aktı – sifarişçinin tikinti obyektinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasını təsdiq edən sənəd;

1.2.6.  qoşulma müqaviləsi – tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması şərtlərini özündə əks etdirən və nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müqavilə;

1.2.7.  Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi (bundan sonra -Sistem) – kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd olunan sahədə elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin edən informasiya sistemi;

1.2.8.  qaz təchizatı layihəsi – tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihə sənədləri.

1.3.  Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

1.4.  Hər bir sifarişçinin bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır.

1.5.  Bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

1.6.  Bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

1.7.  Bu Qaydanın 1.1.2-ci yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qaydanın 1.6-cı bəndinə uyğun olaraq həyata keçirilir.

1.8.  Sifarişçinin tikinti obyektinə əlavə qaz həcmi alması tələb olunduqda ona verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla əlavə qaz həcminin alınması üçün yeni texniki şərtlər verilir, bu zaman qoşulma xidmətinə görə ödəniş edilmir, yalnız əlavə gücün alınması üçün qoşulma nöqtəsinin dəyişdirildiyi və ya qoşulma nöqtəsində dəyişikliklərin edildiyi, eləcə də sifarişçinin müraciəti ilə qoşulma nöqtəsinin dəyişdirildiyi hallarda bu Qaydaya uyğun olaraq yeni texniki şərtlər verilir və qoşulma xidmətinə görə ödəniş edilir.

1.9.  Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.

1.10.  Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda, inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

1.11.  Qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

1.12.  Bu Qayda qüvvəyə minənədək qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçıların əlavə qaz həcmi alması və ya istehlakçının müraciəti ilə qoşulma nöqtəsinin dəyişdirilməsi və ya qoşulma nöqtəsində dəyişikliklər bu Qaydaya uyğun olaraq həyata keçirilir. 

1.13.  Qoşulma nöqtəsi tikinti obyektinə ən yaxın məsafədə yerləşən və texniki parametrlərə uyğun qaz təchizatını təmin edə bilən qazpaylayıcı şəbəkədə müəyyən edilir. Qoşulma nöqtəsində qazpaylayıcı şəbəkənin gücləndirilməsi ilə bağlı tələb olunan bütün işlər qaz paylayıcısı tərəfindən onun hesabına yerinə yetirilir.

1.14.  Qoşulma müqaviləsində dəyişiklik edildikdə, qazın alqı-satqı müqaviləsində də müvafiq dəyişikliklər edilir. Tərəflər arasında qoşulma müqaviləsi ləğv edildikdə, qazın alqı-satqı müqaviləsi ləğv edilmiş hesab olunur.

1.15.  Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla bu Qaydalara uyğun olaraq təmin edilir. Bu halda texniki şərtlər həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir.

1.16.  Sifarişçinin barəsində tikintiyə icazə icraatı tətbiq edilən inşa ediləcək tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra onun bu Qaydanın 2.1-ci və ya 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciətinə əsasən bu Qaydaya uyğun olaraq həyata keçirilir.

1.17.  Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə müraciət edərkən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz.

1.18.  Bu Qaydanın 1.15-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, texniki şərtlərin qüvvədəolma müddəti 2 (iki) il müəyyən edilir.

1.19.  Sifarişçi ona verilmiş texniki şərtləri və qaz təchizatı layihəsini itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün xidmət nöqtələrinə müraciət edir və ya elektron qaydada həmin sənədləri Sistemdən əldə edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün xidmət nöqtələri vasitəsilə sifarişçiyə ödənişsiz verilir.

1.20.  Sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq tənzimlənir.

1.21.  Qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcısı ilə sifarişçi arasında qazın alqı-satqı müqaviləsi ilə müəyyən edilir.

1.22.  Qaz paylayıcısı tərəfindən verilmiş texniki şərtlər barədə məlumatlar Sistem vasitəsilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (bundan sonra – Agentlik) təqdim edilir.

1.23.  Büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üzrə prosedur və tələblər də bu Qayda ilə müəyyən edilir.

2. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və əlavə qaz həcmi alması

2.1.  Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 

2.2.  Sistemə aşağıdakı məlumatlar daxil edilir:

2.2.1.  sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i;

2.2.2.  sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda);

2.2.3.  sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);

2.2.4.  tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi;

2.2.5.  sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda).

2.3.  Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir.

2.4.  “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, qaz paylayıcısının nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul edir, həmin gün qeydiyyata alır və Sistemə daxil edir. Sistemə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır.

2.5.  Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğu sifarişçinin müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmaz-lıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat qaz paylayıcısının nümayəndəsi tərəfindən xidmət nöqtələri vasitəsilə sifarişçiyə təqdim edilir, yaxud poçt göndərişi vasitəsilə sifarişçiyə göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və ya Sistemə yüklənir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bu halda sifarişçi bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş qoşulma xidmətinə görə ödənişi sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəyir.

2.6.  Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.7.  Sifarişçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.6-cı bəndində göstərilən müddətdə aradan qaldırma-dıqda, müraciətin baxılmamış saxlanılması haqqında qaz paylayıcısı tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində xidmət nöqtələri vasitəsilə sifarişçiyə təqdim edilir, yaxud poçt göndərişi vasitəsilə sifarişçiyə göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və ya Sistemə yüklənilir.

2.8.  Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğu təsdiqləndikdən sonra 1 (bir) gün müddətində sifarişçi ödəniləcək məbləğ barədə qaz paylayıcısının nümayəndəsi tərəfindən Sistemə daxil edilmiş və ya mobil telefon nömrəsinə SMS-lə göndərilmiş bildirişə əsasən, qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə qaz paylayıcısının bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənədi Sistemə yükləyir və ya Sistemə daxil edilməsi məqsədilə kağız daşıyıcıda qaz paylayıcısının nümayəndəsinə təqdim edir. Sifarişçi bu bəndin tələblərinə uyğun olaraq qoşulma xidmətinə görə ödəniş etmədikdə, bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sifarişçi bu bəndin tələblərini yerinə yetirdikdən sonra müddətin axımı bərpa olunur.

2.9.  Sistem bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş qoşulma xidmətinə görə ödənişin edildiyi gün daxil olmuş məlumatlar əsasında tələb olunan qaz həcminin verilməsi üçün elektron xəritə üzərindən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) mövcud qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsini və həmin nöqtəyədək düz xətt üzrə məsafəni müəyyənləşdirir.

2.10.  Bu Qaydanın 2.9-cu bəndinə uyğun olaraq seçilmiş qoşulma nöqtəsindən tikinti obyektinə qaz xətlərinin çəkilməsi ilə əlaqədar optimal trassanın (yolun) layihəsi qaz paylayıcısının Sistem vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin  2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1 (bir) gün müddətində hazırlanır və trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) siyahısı bu Qaydanın 5 nömrəli əlavəsində nəzərdə tutulan orqanlarının (qurumlarının) siyahısı əsasında müəyyənləş-dirilərək trassanın (yolun) layihəsi ilə birlikdə Sistemə yerləşdirilir. Qaz paylayıcısının nümayəndəsi həmin gün Sistem vasitəsilə həmin orqanlara (qurumlara) müraciət edir. 

2.11.  Tikinti obyektinə qaz xətlərinin çəkilməsi üçün seçilən trassaya (yola) rəyi tələb olunan orqanlar (qurumlar) 3 (üç) gündən gec olmayaraq Sistemdə münasibət bildirirlər. Həmin orqanlar (qurumlar) tərəfindən münasibət bildirilərkən, qaz təchizatı layihə-sində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Rəyi tələb olunan orqanlar (qurumlar) tərəfindən bu bəndin birinci cümləsində göstərilən müddətdə münasibət bildirilmədikdə, məsələ razılaşdırılmış hesab edilir.

2.12.  Tikinti obyektinə qaz xətlərinin çəkilməsi üçün seçilən trassanın (yolun) tələb olunan bütün orqanlarla (qurumlarla) razılaşdırıldığı gün Sistem tərəfindən texniki şərt hazırlanır və həmin gün qaz paylayıcısı tərəfindən qaz təchizatı layihəsinin hazırlan-masına başlanılır.

2.13.  Qaz paylayıcısı 4 (dörd) gün müddətində tikinti obyektinə baxış keçirmədən qaz təchizatı layihəsini hazırlayır.

2.14.  Sifarişçi texniki şərtlərdə göstərilən qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə cavabdeh deyildir.

2.15.  Tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın           1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir.

2.16.  Tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən mövcud qazpaylayıcı şəbəkəyə qoşulma ilə əlaqədar qaz xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri texniki şərtlərə və qaz təchizatı layihəsinə əsasən ən geci 10 (on) gün müddətində yerinə yetirilir.

2.17.  Bu Qaydanın 2.16-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin başa çatdığı gün tikinti obyektinin qaz xətlərinin qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkəyə fiziki qoşulması təmin edilir, habelə qaz paylayıcısı ilə sifarişçi arasında 2 (iki) nüsxədə qoşulma müqaviləsi, qoşulma aktı, qazın alqı-satqı müqaviləsi imzalanır, həmin sənədlər kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və qaz paylayıcısı tərəfindən həmin gün Sistemə yerləşdirilir. Texniki şərtlər və qaz təchizatı layihəsi qaz paylayıcısı tərəfindən həmin gün Sistemə yerləşdirilir və ya kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və qaz paylayıcısı qazın verilməsini təmin edir.

2.18.  Qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər bu Qaydanın 1 nömrəli əlavəsi, qoşulma aktı isə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən olunan formada tərtib edilir.

2.19.  Qoşulma aktı imzalandığı halda, qaz paylayıcısı qazın alqı-satqı müqaviləsini bağlamaqdan imtina edə bilməz.

2.20.  Yaşayış binalarının qazpaylayıcı şəbəkəyə qoşulması üçün bu Qaydanın tələblərinə uyğun olaraq qaz paylayıcısı tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin qazpaylayıcı şəbəkəyə qoşulması üçün ayrıca texniki şərtlərin və qaz təchizatı layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş edilməsi tələb olunmur.

2.21.  Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə mövcud qazpaylayıcı şəbəkənin olmadığı hallarda məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən, habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və əlavə qaz həcmi alması

3.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən, habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir.

3.2. Sifarişçinin seçiminə uyğun olaraq qaz təchizatı layihəsinin hazırlanmasının qaz paylayıcısı tərəfindən həyata keçiriləcəyi hallarda sifarişçi texniki şərtlərin və qaz təchizatı layihəsinin alınması üçün bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada qaz paylayıcısına müraciət edir.

3.3. Texniki şərtlər sifarişçinin müraciət etdiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq, bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda isə texniki şərtlər və qaz təchizatı layihəsi 30 (otuz) gündən gec olmayaraq verilir.

3.4. Sistemə bu Qaydanın 2.4 – 2.8-ci bəndlərinin tələblərinə riayət edilməklə bu Qaydanın 2.2-ci bəndində göstərilən məlumatlar daxil edilir. Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğu təsdiqləndikdən sonra 1 (bir) gün ərzində sifarişçi ödəniləcək məbləğ barədə qaz paylayıcısının nümayəndəsi tərəfindən Sistemə daxil edilmiş və ya mobil telefon nömrəsinə SMS-lə göndərilmiş bildirişə əsasən, qoşulma xidmətinə görə ödənişi qaz paylayıcısının bank hesabına köçürür, vəsaitin köçürülməsini təsdiq edən sənədi Sistemə yükləyir və ya Sistemə daxil edilməsi məqsədilə kağız daşıyıcıda qaz paylayıcısının nümayəndəsinə təqdim edir. Sifarişçi bu bəndin tələblərinə uyğun olaraq qoşulma xidmətinə görə ödənişi etmədikdə, bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sifarişçi bu bəndin tələblərini yerinə yetirdikdən sonra müddətin axımı bərpa olunur. Qaz təchizatı layihəsinin podratçı tərəfindən hazırlanacağı hallarda qaz paylayıcısı 10 (on) gün müddətində texniki şərtləri hazırlayaraq xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edir və ya Sistemə yükləyir və sifarişçi ilə 2 (iki) nüsxədə qoşulma müqaviləsi bağlanılır. Qoşulma müqaviləsi kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və qaz paylayıcısı tərəfindən həmin gün Sistemə yerləşdirilir.

3.5. Qaz təchizatı layihəsinin hazırlanmasının qaz paylayıcısı tərəfindən həyata keçiriləcəyi hallarda qaz paylayıcısının nümayəndəsi bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişin edildiyi gündən etibarən 1 (bir) gün müddətində tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə optimal qoşulma nöqtəsini müəyyən edir. Həmin nöqtədən tikinti obyektinə qaz xətlərinin çəkilməsi üçün optimal trassanın (yolun) layihəsinin və həmin trassa (yol) üzrə rəyi tələb olunan orqanların (qurumların) siyahısının bu Qaydanın 5 nömrəli əlavəsində nəzərdə tutulan siyahı əsasında müəyyənləşdirilərək 3 (üç) gün müddətində hazırlanması üçün qaz paylayıcısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə tikinti obyektlərinə münasibətdə və Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisi üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, sərəncamına verilmiş torpaq sahəsində sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə, digər hallarda müvafiq yerli icra hakimiyyəti orqanına Sistem vasitəsilə sorğu göndərir.

3.6. Bu Qaydanın 3.5-ci bəndinə əsasən, qaz paylayıcısının nümayəndəsi tikinti obyektinə qaz həcminin verilməsi üçün seçilən trassa (yol) üzrə rəyi tələb olunan orqanların (qurumların) siyahısının Sistemə yerləşdirildiyi gün Sistem vasitəsilə həmin qurumlara müraciət edir. Qaz paylayıcısının nümayəndəsi tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin orqanlar (qurumlar) 3 (üç) gündən gec olmayaraq Sistemdə münasibət bildirirlər. Həmin orqanlar (qurumlar) tərəfindən münasibət bildirilərkən, qaz təchizatı layihəsində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Rəyinin alınması tələb olunan orqanlar (qurumlar) bu bəndin ikinci cümləsində göstərilən müddətdə münasibət bildirilmədikdə, məsələ razılaşdırılmış hesab olunur.

3.7. Qaz paylayıcısının nümayəndəsi orqanların (qurumların) razılığını aldığı gün qaz təchizatı layihəsinin hazırlanması üçün qaz paylayıcısı tərəfindən müəyyən olunan məbləğ barədə bildirişi Sistemə daxil edir və SMS-lə sifarişçinin mobil telefon nömrəsinə göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 1 (bir) gün ərzində, qaz təchizatı layihəsinin hazırlanması üçün tələb olunan vəsaiti Sistem vasitəsilə qaz paylayıcısının bank hesabına köçürür, vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə qaz paylayıcısının nümayəndəsinə təqdim edir. Sifarişçi bu bəndin tələblərinə uyğun olaraq bildirişdə əks olunan vəsaiti qaz paylayıcısının bank hesabına köçürmədikdə bu Qaydanın 3.4-cü bəndinin ikinci və üçüncü cümlələri tətbiq olunur. Həmin vəsait köçürüldüyü halda sifarişçi ilə 2 (iki) nüsxədə qoşulma müqaviləsi bağlanılır, qoşulma müqaviləsi kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və qaz paylayıcısı tərəfindən həmin gün Sistemə yerləşdirilir. Qaz paylayıcısının nümayəndəsi texniki şərtlər və qaz təchizatı layihəsinin hazırlanması üçün qaz paylayıcısına müvafiq sənədlərlə müraciət edir. Qaz paylayıcısı bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda 20 (iyirmi) gün müddətində texniki şərtləri və qaz təchizatı layihəsini hazırlayır. Sənədlərin hazırlanması prosesində tikinti obyektinə yerində baxış zamanı sifarişçinin cəlb edilməsi nəzərdə tutulmur.

3.8. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda qaz paylayıcısı tərəfindən texniki şərtlər və qaz təchizatı layihəsi bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş qaydada razılaşdırıl-dıqdan və xidmət nöqtələrindəki qaz paylayıcısının nümayəndəsinə təqdim olunduqdan sonra qaz paylayıcısının nümayəndəsi tərəfindən həmin gün sifarişçiyə məlumat verilir. Texniki şərtlər və bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda qaz təchizatı layihəsi xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və ya Sistemə yüklənilir.

3.9. Qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər bu Qaydanın 2 nömrəli əlavəsi, qoşulma aktı isə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilən formada tərtib edilir.

3.10. Qaz təchizatı layihəsinin hazırlanmasının podratçı tərəfindən həyata keçiriləcəyi hallarda sifarişçi bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq texniki şərtləri əldə etdikdən sonra tikinti obyektinə qaz xətlərinin çəkilməsi üçün optimal trassanın (yolun) layihəsinin və həmin trassa (yol) üzrə rəyi tələb olunan orqanların (qurumların) siyahısının bu Qaydanın 5 nömrəli əlavəsində nəzərdə tutulan siyahı əsasında müəyyənləşdirilərək 3 (üç) gün müddətində hazırlanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə tikinti obyektlərinə münasibətdə və Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisi üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, sərəncamına verilmiş torpaq sahəsində sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə, digər hallarda isə müvafiq yerli icra hakimiyyəti orqanına yazılı müraciət edir. Sifarişçi tikinti obyektinə təbii qazın verilməsi üçün seçilən trassa (yol) üzrə rəyi tələb olunan orqanların (qurumların) dairəsi müəyyən edildiyi gün həmin orqanlara (qurumlara) yazılı müraciət edir və bu halda rəyi tələb olunan orqanlar (qurumlar) tərəfindən bu Qaydanın 3.6-cı bəndində qeyd edilən tələblərə riayət olunur.

3.11. Sənaye qaz qurğularına münasibətdə qaz təchizatı layihəsi qaz paylayıcısı tərəfindən hazırlandıqdan sonra razılaş-dırılması üçün Sistem vasitəsilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, qaz təchizatı layihəsi sifarişçinin seçdiyi podratçı tərəfindən hazırlandıqda isə sifarişçi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və qaz paylayıcısına təqdim edilir. Həmin orqanlar (qurumlar) tərəfindən 3 (üç) gün müddətində münasibət bildirilmədikdə, qaz təchizatı layihəsi razılaşdırılmış hesab olunur. Həmin qurumların rəyləri əsasında müvafiq olaraq qaz paylayıcısı və ya sifarişçi tərəfindən qaz təchizatı layihəsində 3 (üç) gün müddətində müvafiq dəyişikliklər edildikdən sonra bu bəndin tələblərinə uyğun olaraq qaz təchizatı layihəsi yenidən razılaşdırılır. Layihəyə dair bütün iradlar ilkin rəydə bildirilməlidir. Qaz paylayıcısı və ya sifarişçi tərəfindən həmin qurumların ilkin rəyləri tam nəzərə alındığı halda yeni rəy bildirilə bilməz.

3.12. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri qaz paylayıcısı tərəfindən həyata keçirildikdə, qaz paylayıcısının nümayəndəsi tərəfindən qaz paylayıcısının hazırladığı smeta sənədlərinə əsasən, tikinti-quraşdırma işləri üçün tələb olunan məbləğ barədə bildiriş Sistemə daxil edilir və SMS-lə sifarişçinin mobil telefon nömrəsinə göndərilir. Həmin işlər texniki şərtlərə və qaz təchizatı layihəsinə əsasən, qoşulma müqaviləsində göstərilən müddətdə və bildirişdə əks olunan vəsait sifarişçi tərəfindən qaz paylayıcısının bank hesabına köçürüldükdən sonra yerinə yetirilir. Sifarişçi bildirişə əsasən tikinti-quraşdırma işləri üçün tələb olunan məbləği Sistem vasitəsilə qaz paylayıcısının bank hesabına köçürür, vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə qaz paylayıcısının nümayəndəsinə təqdim edir.

3.13. Qaz təchizatı layihəsinin hazırlanması, həmçinin qaz xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri podratçı tərəfindən həyata keçirildikdə, işlər yerinə yetirildikdən sonra sifarişçi qaz paylayıcısına bu barədə kağız daşıyıcıda məlumat verir və ya həmin məlumatı Sistemə yerləşdirir.

3.14. Sənaye qaz qurğularına münasibətdə bu Qaydanın 3.12-ci və 3.13-cü bəndlərində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən, habelə sifarişçi tərəfindən tikinti obyektində qaz xətləri çəkildikdən və sənaye qaz qurğuları quraşdırıldıqdan sonra 5 (beş) gün müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Agentliyin, bu işlər podratçı tərəfindən yerinə yetirildiyi halda isə həmçinin həmin podratçının və qaz paylayıcısının nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən sifarişçinin iştirakı ilə görülən işlərə baxış keçirilir və tikinti-quraşdırma işlərinin texniki şərtlərə, qaz təchizatı layihəsinə və tikinti norma və qaydalarına uyğun yerinə yetirilməsi müəyyən edildiyi halda, sənaye qaz qurğuları istismara qəbul edilir (aktla rəsmiləşdirilir) və tikinti obyektinin qaz xətlərinin qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkəyə fiziki qoşulması təmin edilir.

3.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il  25 oktyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulan təhlükə potensiallı obyektlər kateqoriyasına aid olan tikinti obyektləri təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilir.

3.16. Sənaye qaz qurğularının texniki pasport göstəricilərinə uyğun normal və davamlı işinin təmin edilməsi üçün sazlama təşkilatı tərəfindən buraxılış-sazlama və rejim-sazlama işləri aparılır. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair sazlama təşkilatı tərəfindən müvafiq akt tərtib olunur.

3.17. Agentlik tərəfindən Azərbaycan Respublikası Preziden-tinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış keçirilərək sənaye qaz qurğusunun istismarına icazə verilir, sifarişçi ilə qaz paylayıcısı arasında 2 (iki) nüsxədə qoşulma aktı imzalanır, qazın alqı-satqı müqaviləsi bağlanılır və həmin sənədlər Sistemə yerləşdirilir, kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və qaz paylayıcısı tərəfindən qazın verilməsi təmin edilir.

3.18. Məişət qaz qurğularına münasibətdə bu Qaydanın 3.12-ci və 3.13-cü bəndlərində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin başa çatdırıldığı gün məişət qaz qurğusunun istismara qəbulu üçün məişət qaz qurğusu qaz paylayıcısı tərəfindən sınaqdan keçirilir, sifarişçinin (bu işlərin podratçı tərəfindən həyata keçirildiyi hallarda, habelə podratçının) və qaz paylayıcısının nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və tikinti-quraşdırma işlərinin texniki şərtlərə, qaz təchizatı layihəsinə və tikinti norma və qaydalarına uyğun yerinə yetirilməsi müəyyən edildiyi halda sifarişçi ilə qaz paylayıcısı arasında 2 (iki) nüsxədə qoşulma aktı imzalanır, qazın alqı-satqı müqaviləsi bağlanılır və həmin sənədlər Sistemə yerləşdirilir, kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və qaz paylayıcısı qazın verilməsini təmin edir.

3.19. Bu Qaydanın 3.18-ci bəndinə uyğun olaraq qoşulma aktı imzalandığı halda, qaz paylayıcısı tərəfindən qazın alqı-satqı müqaviləsinin bağlanılmasından imtina edilə bilməz.

3.20. Bu Qaydanın 3.14-cü və 3.18-ci bəndlərində nəzərdə tutulmuş hallarda baxış keçirilərkən qaz çəkilməsi və tikinti-quraşdırma işlərinin texniki şərtlərə, qaz təchizatı layihəsinə və tikinti norma və qaydalarına uyğun aparılmadığı müəyyən olunduqda, bu barədə bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Agentlik tərəfindən sifarişçiyə və tikinti-quraşdırma işlərini yerinə yetirən podratçıya, bu işlər qaz paylayıcısı tərəfindən yerinə yetirildikdə isə qaz paylayıcısına, bu Qaydanın 3.18-ci bəndində nəzərdə tutulmuş hallarda isə qaz paylayıcısı tərəfindən sifarişçiyə və podratçıya 2 (iki) gün müddətində aradan qaldırılmalı çatışmazlıqlar göstərilməklə əsaslandırılmış cavab verilir.

3.21. Sifarişçi tikinti-quraşdırma işlərini yerinə yetirən podratçı və ya qaz paylayıcısı 2 (iki) gün müddətində bu Qaydanın 3.20-ci bəndinə uyğun olaraq verilən cavabda göstərilmiş çatışmazlıqları aradan qaldırır və görülən işlərə bu Qaydanın 3.14-cü və 3.18-ci bəndlərinə uyğun olaraq yenidən baxış keçirilir.

3.22. Sifarişçi tikinti-quraşdırma işlərini yerinə yetirən podratçı və ya qaz paylayıcısı göstərilən çatışmazlıqlarla razılaşmadıqda bununla bağlı inzibati və məhkəmə qaydasında şikayət edə bilər.

3.23. Qaz təchizatı sisteminin layihələndirilməsi zamanı texniki şərtlərin tələblərindən kənara çıxma zərurəti yarandıqda, bu kənara çıxmaların qaz paylayıcısı ilə razılaşdırılması üçün sifarişçi kənara çıxma zərurəti yaradan səbəblərə dair əsaslandırılmış məlumatlar qeyd edilmiş ərizə ilə qaz paylayıcısına və ya xidmət nöqtələrinə müraciət edir. Qaz paylayıcısı 2 (iki) gün müddətində sifarişçi tərəfindən təqdim edilmiş kənara çıxma zərurətinə dair məlumatlar əsaslı hesab edildikdə, texniki şərtlərdə müvafiq dəyişikliklər edilməsi barədə və ya texniki şərtlərin qüvvədə saxlanılması barədə qərar qəbul edir.

 

 

_________________

 

“Tikinti obyektlərinin qazpaylayıcı 

şəbəkəyə qoşulması və ya əlavə

qaz həcmi alması Qaydası”na

 

1 nömrəli əlavə

 

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə 

məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulma müqaviləsi

 

____________                            “ ______” ____________ 20 ____ il

 

         Biz, aşağıda imza edənlər

______________________________________________________

sifarişçi ________________________________________________

_____________________________________________ şəxsində və

(soyadı, adı, atasının adı)

 

qaz paylayıcısı adından

_______________________________________________ şəxsində

(vəzifəsi)

______________________________________________________

(soyadı, adı, atasının adı)

tərəflər arasında qazpaylayıcı şəbəkəyə qoşulma müqaviləsi (bundan sonra – Müqavilə) bağlanılır.

 

1. Müqavilənin şərtləri

 

1.1. Bu Müqavilə ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkənin qoşulma üçün hazırlığının və gücləndirilməsinin təmin edilməsi (layihələndirmə, tikinti, yenidənqurma) daxil olmaqla, sifarişçinin ________________________ ünvanında inşa edilmiş (inşa ediləcək) _____________ tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyini öz üzərinə götürür.

1.2. Qoşulma nöqtəsi texniki şərtlərdə göstərilmişdir və sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazinin sərhədindən ___________ metr məsafədə yerləşir.

1.3. Texniki şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.

1.4. Texniki şərtlərin qüvvədəolma müddəti bu Müqavilənin bağlanıldığı tarixdən etibarən ____ ildir.

 

2. Tərəflərin öhdəlikləri

 

 

 

2.1. Qaz paylayıcısının öhdəlikləri:

2.1.1. tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini həyata keçirmək;

2.1.2. qaz xətlərinin çəkilməsi və tikinti-quraşdırma işlərinin yerinə yetirildiyi gün sifarişçi ilə 2 (iki) nüsxədə qoşulma aktı tərtib etmək, qazın alqı-satqı müqaviləsini bağlamaq, həmin sənədləri kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və həmin gün Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminə yerləşdirmək, o cümlədən texniki şərtləri və qaz təchizatı layihəsini həmin Sistemə yerləşdirmək və ya kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və qazın verilməsini təmin etmək.

2.2. Sifarişçinin öhdəliyi:

2.2.1. qaz paylayıcısı tərəfindən sifarişçinin qaz xətlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması həyata keçirildikdən sonra qoşulma aktını imzalamaq.

 

 

3.     Müqavilədə dəyişiklik edilməsi və Müqavilənin 

ləğv edilməsi şərtləri

 

3.1. Bu Müqavilədə tərəflərin yazılı razılığı ilə dəyişiklik edilə bilər.

3.2. Bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəllə-sində nəzərdə tutulmuş əsaslarla tərəflərdən birinin tələbi ilə və ya tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.

 

 

İmzalar:

 

Qaz paylayıcısı adından __________________________________

 

Sifarişçi _______________________________________________


 

“Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji  qoşulma  müqaviləsi”nə 

 

əlavə

 

TEXNİKİ ŞƏRTLƏR № _______

 

“ ______ ” ____________ 20 ___ il

 

______________________________________________________

(texniki şərtləri alan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı; 

hüquqi şəxsin adı, hüquqi ünvanı)

_____________________________________________________

(müraciətin daxilolma nömrəsi və tarixi)

 

Sifarişçinin tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması

 

1.                Tələb olunan saatlıq qaz həcmi _______________________

 

2. Qazın təzyiqi _____________________________________

 

3. Qoşulma nöqtəsi __________________________________

                                              (qazpaylayıcı şəbəkə, qazın ümumi buraxılış 

                                    həcminin yuxarı həddi)

 

4. Uçot cihazları ____________________________________

 

         Təsdiq edirəm:

 

 

Texniki şərti verən qaz paylayıcısı ____________________________

                                                                      (vəzifəsi, soyadı, adı, atasının adı)

 

“ ______ ” ____________ 20 ___il

 

 


 

“Tikinti obyektlərinin qazpaylayıcı 

şəbəkəyə qoşulması və ya əlavə

qaz həcmi alması Qaydası”na

 

2 nömrəli əlavə

 

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə (məişət qaz qurğuları quraşdırılan və mövcud qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektləri istisna olmaqla), habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti .......obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma müqaviləsi

 

 

____________                            “ ______” ____________ 20 ____ il

 

        Biz, aşağıda imza edənlər

______________________________________________________

 

sifarişçi________________________________________________

 

____________________________________________ şəxsində və

(soyadı, adı, atasının adı)

 

Qaz paylayıcısı adından ____________________________ şəxsində

                  (vəzifəsi)

_____________________________________________________

(soyadı, adı, atasının adı)

 

tərəflər arasında qazpaylayıcı şəbəkəyə qoşulma Müqaviləsi bağlanılır.

 

1. Müqavilənin şərtləri

 

1.1. Bu Müqavilə ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkənin qoşulma üçün hazırlığının və gücləndirilməsinin təmin edilməsi (layihələndirmə, tikinti, yenidənqurma) daxil olmaqla, sifarişçinin ________________________ ünvanında inşa edilmiş (inşa ediləcək) ______________ tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyini öz üzərinə götürür.

1.2. Qoşulma nöqtəsi texniki şərtlərdə göstərilmişdir və sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazinin sərhədindən ___________ metr məsafədə yerləşir.

1.3. Texniki şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.

1.4. Texniki şərtlərin qüvvədəolma müddəti bu Müqavilənin bağlanıldığı tarixdən etibarən ____ ildir.

 

2. Tərəflərin öhdəlikləri

 

2.1. Qaz paylayıcısının öhdəlikləri:

2.1.1. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın (bundan sonra – Qayda)         3.7-ci və 3.12-ci bəndlərində nəzərdə tutulmuş hallarda bu Müqavilənin 2.2.2-ci yarımbəndində qeyd olunan müvafiq vəsait qaz paylayıcısının bank hesabına köçürüldükdən sonra 20 (iyirmi) gün müddətində qaz təchizatı layihəsini hazırlamaq, _________ gün müddətində tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi və ya yerləşəcəyi torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərini çəkmək və tikinti-quraşdırma işlərini yerinə yetirmək;

2.1.2. qaz xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra görülən işlərə baxış keçirilməsində iştirak etmək, qoşulma aktını, sifarişçi ilə qazın alqı-satqı müqaviləsini imzalamaq, həmin sənədləri Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminə (Sistemə) yerləşdirmək, kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və qazın verilməsini təmin etmək.

2.2. Sifarişçinin öhdəlikləri:

2.2.1. bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;

2.2.2. Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan hallarda qaz təchizatı layihəsinin hazırlanması üçün və 3.12-ci bəndində nəzərdə tutulmuş hallarda qaz paylayıcısı tərəfindən hazırlanmış smeta sənədlərinə əsasən müəyyən edilmiş vəsaiti qaz paylayıcısının bank hesabına köçürmək;

2.2.3. Qaydanın 3.13-cü bəndində nəzərdə tutulmuş işləri yerinə yetirdikdən sonra qaz paylayıcısına bu barədə məlumat vermək;

2.2.4. görülən işlərə qaz paylayıcısı tərəfindən baxış keçirilməsində iştirak etmək;

2.2.5. qaz paylayıcısı tərəfindən sifarişçinin qaz xətlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması həyata keçirildikdən sonra qoşulma aktını imzalamaq.

3. Müqavilədə dəyişiklik edilməsi və Müqavilənin 

ləğv edilməsi şərtləri

 

3.1. Bu Müqavilədə tərəflərin yazılı razılığı ilə dəyişiklik edilə bilər.

3.2. Bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəllə-sində nəzərdə tutulmuş əsaslarla tərəflərdən birinin tələbi ilə və ya tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.

 

 

İmzalar:

 

Qaz paylayıcısı adından _________________________________

 

 

Sifarişçi _______________________________________________


 

“Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə (məişət qaz qurğuları quraşdırılan və mövcud qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektləri istisna olmaqla), habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə  qoşulma  müqaviləsi”nə

 

                                                            əlavə

 

TEXNİKİ ŞƏRTLƏR № _______

 

“ ______ ” ____________ 20 ___ il

 

______________________________________________________

(texniki şərtləri alan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı; 

hüquqi şəxsin adı, hüquqi ünvanı)

______________________________________________________

(müraciətin daxilolma nömrəsi və tarixi)

 

Sifarişçinin tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması

 

1. Tələb olunan saatlıq qaz həcmi _______________________

 

2. Qazın təzyiqi _____________________________________

 

3. Qoşulma nöqtəsi __________________________________

                                                              (qazpaylayıcı şəbəkə, qazın ümumi buraxılış 

                                                                       həcminin yuxarı həddi)

4. Uçot cihazları _____________________________________

 

         Təsdiq edirəm:

 

Texniki şərti verən qaz paylayıcısı __________________________

                                                                        (vəzifəsi, soyadı, adı, atasının adı)

 

“ ______ ” ____________ 20 ___ il

 

 

M.Y.

 

 

 

“Tikinti obyektlərinin qazpaylayıcı 

şəbəkəyə qoşulması və ya əlavə

qaz həcmi alması Qaydası”na

 

3 nömrəli əlavə

 

 

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə qoşulma

 

AKTI

 

“ ______ ” ____________ 20 ___ il       ____________ şəhəri (rayonu)

 

Biz, aşağıda imza edənlər:

 

 

1. Qaz paylayıcısının nümayəndəsi __________________________

                                                                  (vəzifəsi, soyadı, adı, atasının adı)

2.Sifarişçi ______________________________________________________

(soyadı, adı, atasının adı)

______________________________________________________

(tikinti obyektinin yerləşdiyi ünvan)

 

Qaz təchizatı layihəsi_______ №-si ilə _________ tarixində verilmişdir.

 

Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulmasına qərar verildi.

 

Qoşulma başa çatdırıldı     ______________                ______________                                                                        

                                                 (tarix)                                             (saat)

 

        İmzalar:

___________________                                         ____________________

                                                                                     (soyadı, adı)

____________________

                                                                                     (soyadı, adı)

____________________

                                                                                     (soyadı, adı)

                          

M.Y.


“Tikinti obyektlərinin qazpaylayıcı

şəbəkəyə qoşulması və ya əlavə

qaz həcmi alması Qaydası”na

 

4 nömrəli əlavə

 

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə (məişət qaz qurğuları quraşdırılan və mövcud qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektləri istisna olmaqla), habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti ..................obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma

 

AKTI

 

“ ______ ” ____________ 20 ___ il      ____________ şəhəri (rayonu)

 

Biz, aşağıda imza edənlər:

 

1. Qaz paylayıcısının nümayəndəsi __________________________

                                                                     (vəzifəsi, soyadı, adı, atasının adı)

2. Sifarişçi 

______________________________________________________

(soyadı, adı, atasının adı)

______________________________________________________

(tikinti obyektinin yerləşdiyi ünvan)

 

ünvanında yerləşən tikinti obyektinədək quraşdırılmış qaz qurğularına və çəkilmiş qaz xətlərinə baxış keçirdik. Baxış zamanı qaz xətlərinin və qurğularının Texniki şərtlərə, qaz təchizatı layihəsinə və tikinti norma və qaydalarına uyğun quraşdırıldığı, sayğaclarla təchiz edildiyi və qazpaylayıcı şəbəkəyə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.

Qaz təchizatı layihəsi_______ №-si ilə _________ tarixində verilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulmasına qərar verildi.

 

Qoşulma başa çatdırıldı     ______________                ______________                                                                        

                                                 (tarix)                                         (saat)

        İmzalar:

___________________                                         ____________________

                                                                                     (soyadı, adı)

____________________

                                                                                     (soyadı, adı)

____________________

                                                                                     (soyadı, adı)                          

M.Y.


“Tikinti obyektlərinin qazpaylayıcı

şəbəkəyə qoşulması və ya əlavə

qaz həcmi alması Qaydası”na

 

5 nömrəli əlavə

Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması 

tələb olunan qurumların

SİYAHISI

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bu siyahının 11-ci, 15-ci və 19-cu bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. 

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi.

5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.

6. Müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı.

7. Müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı.

8. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi.

9. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.

10. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.

11. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).

12. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

13. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

14. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti.

15. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).

16. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti.

17. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti.

18. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

19. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhəri ərazisinə münasibətdə).

 

Nazirlər kabinetinin qərarları