Harvard Universiteti məzunu yüksək vəzifəyə təyin olundu

post-img

Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib. 

Araz Poladov 2016-cı ildə Bakı Döv­lət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vya­na Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019–2020-ci illər­də isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.

Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda, “Baker McKenzie CIS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialın­da təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018–2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşü­nas, 2020–2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdi­rib. O, 2021–2023-cü illərdə Böyük Brita­niya və Şimali İrlandiya Birləşmiş Krallı­ğının paytaxtı Londonda “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb. 

Araz Poladov 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.

Son xəbərlər