"Neftçi" Pon du Qar mərhələsində ikinci yeri tutub

post-img

Bakının "Neftçi" klubu Fransada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində ikinci yeri tutub.

XQ Azərbaycan Basketbol Federasiyasına istinadən bildirir  ki, "ağ-qaralar" finalda Niderland millisinə 16:21 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi qrup mərhələsində Misir (21:12) və Niderland (19:12), 1/4 finalda Monqolustan (22:16), yarımfinalda isə Fransa (19:14) yığmalarını üstələyib.

Elçin ABBASOV,
XQ

İdman