Qurban Qurbanov: Futbolçulardan narazı qalacağım bir məqam yoxdur

post-img

51 yaşlı təcrübəli mütəxəssis, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov komandanın futbolçuları və azarkeşlərini təbrik edib. Gərgin oyun alınsa da, nəticənin, ümumilikdə, qənaətbəxş olduğunu diqqətə çatdırıb.

“Futbolçular çox əziyyət çəkdiklər, qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, orada qalmaq isə çətindir. Ən azından ilin sonunadək avrokuboklarda mübarizəyə davam edəcəyik”, - deyə Qurban Qurbanov bildirib. 

“XQ”-nin “Oyunda nədən razı qalmadınız?” – sualına cavabında Qurbanov qeyd etdi: “Nəticə bizim üçün çox vacib idi. Komanda olaraq yaxşı müdafiə olunduq. Oyunçulara bunu tapşırmamışdıq. Əksinə, daha çox hücuma çıxmaq niyyətində idik. Futbolçulardan narazı olacağım bir məqam yoxdur”.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman