Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gənclər və böyüklər arasında keçirilən dünya çempionatında paralimpiyaçılarımız 6 qızıl və 2 gümüş medal qazanıblar.
Pauerliftinqçilərimiz Leyla Kərimova (+86 kiloqram), Zəhra Dadaşova (55 kiloqram), Rəsul Zəkiyev (80 kiloqram) hərəyə 2 qızıl medal əldə ediblər. Talıb Zeynalov isə (+107 kiloqram) 2 gümüş medala sahib olub.
XQ