Şirin suyun acı nəticəsi

post-img

“Bir stəkan qazlı, şirin sərinləşdirici içkidə 6 qaşıq dozada şəkər var, 1 litrində isə 25 qaşıq. Bu dozada şəkər birdən-birə mədəaltı vəzə zərbədir”.

Bu fikri həkim Tatya­na Meşrakova şirin qazlı içkilərin zərərindən danı­şarkən söyləyib. O deyib ki, mədəaltı vəz və qa­raciyər bir dəqiqə içində 6–8 qaşıq şəkəri qəbul etmək gücündə deyil. Bu, zərbə dozasıdır. Xü­susən, azyaşlı uşaqların gündə 1 litr belə sular iç­məsi təhlükəlidir.

Həkim bildirib ki, orqanizm yüksək miqdarda şəkər dozası alanda məcburi insulin sıçrayışı olur, bu, davamlı olaraq baş ver­dikdə, insulinrezisdentlik yaranır. Nəticədə isə piylənmə və II tip diabet qaçılmazdır.

Qazlı içkilərdə turşuluq tənzimləyicilər var, o da orqanizmdə tur­şu-qələvi balansını pozur, sümüklərdən mineralları yuyur, uşaqlar­da sümüklər zəif inkişaf edir, gənclərdə osteoporoz yaranır.

Suyu köpüklü içənlərdə isə həmin qaz qabarcıqları qida boru­su və mədənin, qırtlağın selikli qişasını zədələyir. Belə qabarcıq­lar mədədə mikrozərbə dalğası yaradır. 

Z.HÜSEYNLİ,
XQ

Sosial həyat