Hava yağmursuz olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında əsasən yağ­mursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 20-24°, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxa­nı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüd­dətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Hava­nın temperaturu gecə 16-21°, gündüz 30-34°, dağlarda gecə 9-14°, gündüz 14-19° isti olacaq.

Q. QASIMOV,
XQ

Ekologiya