“WhatsApp”da qrup qoşulma

post-img

“WhatsApp” tərtibatçıları “macOS”a əsaslanan “Apple” kompüterləri üçün qrup zənglərini dəstəkləyən yeni proqramı təqdim ediblər.

Yeni “WhatsApp” tətbiqi bu ilin əv­vəlində buraxılmış “Windows” versiya­sına bənzəyir. Yeni messencer müştə­risi sayəsində ilk dəfə olaraq qrup video və audio zənglər “Apple” istifadəçiləri üçün əlçatan olub. Video zənglərdə 8, audio zənglərdə isə 32 nəfərə kimi qoşulmaq olar. Həmçinin istifadəçilər telefonla danışarkən qrup zənglərinə qatıla, tarixçəyə, hətta proqram bağlı olsa belə, bildirişlərə baxa biləcəklər. 

Hazırda yeni proqramı “Apple” kompüterləri üçün messencerin say­tından, telefonlar üçün isə tezliklə “App Store”dan da yükləmək olar.

A. İLHAMQIZI,
XQ

Dünya