“Qarabağ” qrup mərhələsində

post-img

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Ağdamın “Qarabağ” klubu Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Sloveniyanın Lyublyana şəhərinin “Olimpiya” komandasını qəbul etdi. 

FİFA referisi Alexandro Hernande­sin idarə etdiyi matçın ilk dəqiqələrində oyunda qonaqların fəallığı müşahi­də olunsa da, birinci hissənin 15-ci dəqiqəsindən sonra artıq “Qarabağ” öz kəsərli hücumları ilə rəqibi sıxışdırma­ğa başladı. “Qarabağ”ın hücumunun qarşısını kobudluqla almağa çalışan “Olimpiya” 11 metrlik cərimə zərbəsi ilə cəzalandırıldı. 24-cü dəqiqədə bu fürsətdən yararlanan “Qarabağ” Toral Bayramovun sərbəst zərbəsi ilə hesabı açdı.

“Olimpiya” futbolçuları 36-cı dəqiqədə hesaba tarazlıq gətirməyi bacardılar. Qonaqların heyətində Dieqo Pinto fərqləndi. İkinci hissədə qarşılıqlı hücumlar təşkil edilsə də, nəticə dəyişmədi. “Qarabağ” –“Olim­piya” matçı 1:1 hesablı heç-heçə ilə başa çatdı.

Qeyd edək ki, bu heç-heçədən sonra Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinə adladı.

XQ



İdman