Xocalı idmançısı ikiqat dünya mükafatçısı olub

post-img

Xocalı gənci Talib Zeynalov bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para-pauerliftinq idman növü üzrə keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edib. 

T.Zeynalov +107 kq çəki dərəcəsində gənclərin yarışında 2 gümüş mükafata yiyələnib. O, ən yaxşı nəticəyə (160 kq) və ümumi çəkiyə (307 kq) görə buna nail olub. İdmançımız, eyni zamanda, gənclər arasında Avropa rekordunu da yeniləmiş olub.

Qeyd edək ki, əslən Xocalı rayonun­dan olan Zeynalov Talib Ramin oğlu 2004-cü il avqustun 23-də Bakı şəhəri Binəqədi rayonunda anadan olub. Bakı Dövlət Uni­versitetinin tarix fakültəsinin üçşüncü kurs tələbəsidir. 

Xatırladaq ki. Talib Zeynalov bundan əvvəl də uğurlu nəticələr əldə edib. Gənc idmançı Avropa çempionatı və Dünya ku­boku yarışında qızıl medal qazanıb.

Qalib BƏYMƏMMƏDLİ,
“Xocalının səsi” qəzetinin redaktoru

İdman