Paris Olimpiadasına gimnastika üzrə ilk lisenziya

post-img

İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları keçirilib.

Çempionatda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc müka­fatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağa­mirova çoxnövçülük yarışlarının nəticə­sinə əsasən, 12-ci pillədə qərarlaşaraq Paris Yay Olimpiya Oyunlarına lisenzi­ya qazanıb. İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.

Qeyd edək ki, bu, Paris Olimpiadasına gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman