Dünya Oyunlarında 3 medal

post-img

Azərbaycan paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar.

Yığmamız yarışda 2 gümüş, 1 bürünc mükafat qazanıb.

Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qa­dınlarda isə Xanım Hüseynova (70 kq, J2) turniri ikinci pillədə başa vurublar. Digər qadın cüdoçu Şəhanə Hacı­yeva (48 kq, J2) isə bürünc medala yiyələnib.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman