Beynəlxalq astronomlar qrupu kosmik elmi araşdırma gəmisi tərəfindən çəkilmiş şəkilləri təhlil edərək Marsda buzlaqların hərəkətinin izlərini aşkar ediblər.
Alimlərin fikrincə, görüntülər təxminən 4 milyard il əvvəl qədim buzlaqların formalaşmağa başladığı ərazini göstərir. Ümumiyyətlə qəbul edilir ki, həmin dövrdə Marsda daha sıx atmosfer, yüksək temperatur və çoxlu miqdarda su olub.
Fotoda qeydə alınan iz Marsda Yerdə olduğu kimi, buz və buzlaqlararası dövrlərin bir-birini əvəz etdiyini deməyə əsas verir. Buzlaqlararası dövrlərin bir-birini əvəz etdiyi zaman buzlaqlar əriyir və yamaclardan aşağı yuvarlanır, daşları və torpağı udur. Bu proses planetdəki nümunəni alt-üst edir.
Tədqiqatçılar hesab edirlər ki, görüntülər uzaq keçmişdə Marsda çox dinamik iqlimin mövcudluğunu sübut edir.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

