Süni intellekt 8 milyon insanı işsiz qoyacaq

post-img

İtaliyada süni intellektin artan istifadəsi səbəbindən 8,4 milyon iş yeri risk altında olacaq. Qeyd edilir ki, işçilərin ümumi sayının 36,2 fai­zinə texnoloji transformasiyaların və avtomatlaşdırma proseslərinin nəticələri təsir edəcək. 

Mütəxəssislərin fikrincə, inkişaf etmiş intellektual və inzibati bacarıq tələb edən peşələrin nümayəndələri ən çox risk altındadırlar. Söhbət xüsu­silə IT-mütəxəssislərindən, inzibati və kommersiya menecerlərindən, alim və mühəndislərdən, ixtisaslı dövlət qulluq­çularından gedir. 

Eyni zamanda, hesabatda işin opti­mallaşdırılması və yeni texnologiyala­rın tətbiqi ilə bağlı süni intellektdən isti­fadənin müsbət tərəfləri də təhlil edilib. Belə ki, İtaliyanın kiçik və orta müəs­sisələrinin 6,9 faizi artıq robotlardan is­tifadə edir ki, bu göstərici Avropda orta hesabla 4,6 faiz, Almaniyadakından isə (3,5 faiz) iki dəfə yüksəkdir. 

L.AZAD, “Xalq qəzeti”

Dünya