Berqamot – can dərmanı

post-img

Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğunu çoxları bilmir. Bir versiyaya görə, berqamot seleksiya, başqa bir versiyaya görə, portağalın mutasiyası nəticəsində yaranmış meyvədir.

Bitkiyə bu ad ətrafında plantasiyalar salınmış Berqamo şəhə­rinin şərəfinə verilib. Bu ağac 10 metr hündürlüyə qədər uzanır, budaqları tikanlı olsa da, çiçəklərinin gözəl görünüşü və olduqca xoş ətri var. Meyvələri payızın əvvəlindən qışa qədər yetişir. Ya­şıl rəngli meyvəsinin eninə kəsiyi limon və ya portağala oxşayır. Meyvənin qabığından başqa çiçək, yarpaq və zoğlarından da efir yağı almaq olur.

Berqamot virus və soyuqdəymə əleyhinə olub immun sistemini möhkəmləndirir, mədə-bağırsaq spazmını azaldır, həzmi yaxşılaş­dırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat