İki boksçumuz bürünc medalı təmin edib

post-img

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində təmsilçilərimizin uğurlu çıxışı davam edir. 

Komandamızın üzvlə­rindən İsmayıl Vəliyev (70 kq) və Səftər Məmməd­zadə (90 kq) yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı tə­min ediblər.

Dörddəbir finalda Toğ­rul Quliyev (57 kq), Şahin Aslanov (52 kq), Seydə­mir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İma­nov (66 kq) və Mədinə Məmmədova da (60 kq) yarımfinal üçün mübarizə aparacaqlar.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman