Pauerliftinqçilərimiz dünya çempionu olublar

post-img

Azərbaycan pauerliftinqçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.

Təmsilçimiz Zəhra Da­daşova 2 qızıl medal qazanıb. İdmançı +55 kq çəki dərə­cəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub. Onun koman­da yoldaşı Leyla Kərimova (+86 kiloqram) isə mundialda ən yaxşı nəticəyə (78 kiloq­ram) və ümumi çəkiyə görə (148 kiloqram) qızıl medallara sahib olub. Koman­damızın digər üzvü Talıb Zeynalov (+107 kiloqram) gənclərin yarışında 2 gümüş medal qazanıb. O, ən yaxşı nəticəyə (160 kiloqram) və ümumi çəkiyə görə (307 kiloqram) fəxri kürsüyə qalxıb.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman