Nicat Abasov üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb

post-img

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.

28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.

Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.

Qeyd edək ki, şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.

İdman