Nicat Abasov qaralarla uduzdu

post-img

Bakıda təşkil olunan Dünya kubokunda Azərbaycan şahmatçısı Nicat Abasovla norveçli Maqnus Karlsen arasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

28 yaşlı qrossmeyster güclü rəqibinə qarşı görüşdə qara fiqurlarla mübarizə aparıb. Təmsilçimiz Maqnus Karlsenə məğlub olub.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maq­nus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi məğlub edib.

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman