Azərbaycan şahmatçısı olimpiadada qızıl medal qazanıb

post-img

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan təmsilçisi uğurla çıxış edib.

Şahmatçımız Read Səmə­dov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq gö­rülüb. Mükafatlandırma mərasi­mində onun şərəfinə Azərbay­can himni səsləndirilib.

Qeyd edək ki, komandamız mötəbər yarışı 12-ci pillədə başa vurub. 

47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan milli­si Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman