İngiltərədə “ən təhlükəli koronavirus”

post-img

İngiltərə Sağlamlıq Mühafizəsi Agentliyi COVID-19-un yeni variantı “BA.2.86”ya yoluxmanın aşkarlandığını açıqlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Məlumatda omikron ştamının bir növü olaraq ortaya çıxan yeni varian­tın bir nəfərdə aşkarlandığı qeyd edilib. “BA.2.86”nın omikrona nisbətən daha çox mutasiya keçirdiyi bildirilir.

Mütəxəssislərin “ən yoluxucu koro­navirus” növü adlandırdıqları “BA.2.86” variantına yoluxma faktı bundan əvvəl Danimarka, İsrail və ABŞ-da qeydə alı­nıb. Gürcüstanda isə koronavirusun yeni EG.5 ştamı aşkar olunmuşdu. Ös­kürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ümumi zəiflik ilə xarakterizə olunan EG.5 koronavirusun omikron növünə bənzəyir. Bu virus risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Mütəxəssislər əhaliyə xə­bərdarlıq edir və bildirirlər ki, simptomlar aşkar olunduqda ictimai yerlərdən uzaq durmalı, özünütəcrid rejiminə əməl olun­malıdır.

Qeyd edək ki, EG.5 virusu artıq dün­yanın 54 ölkəsində qeydə alınıb. Son 28 gün ərzində koronavirusun yeni ştamına dünyada 7 milyondan çox yoluxma qey­də alınıb və artıq üç min nəfər dünyasını dəyişib.

“Xalq qəzeti”

Dünya