Tramp həbsxanaya könüllü gedəcək

post-img

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 24-də və ya 25-də Corciya ştatının Fulton dairəsinin həbsxanasına təslim olmağı planlaşdırır. Bu barədə hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşı bildirib. Həmin məmur iddia edib ki, Trampın gələn həftənin sonunda – ya cümə axşamı, ya da cümə günü Fulton dairəsindəki həbsxanaya könüllü gedəcəyi gözlənilir. Fulton dairəsinin prokuroru Feni Uillis isə daha əvvəl deyib ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib. Təqsirləndirilən şəxslərin həbsxanada fotoşəkilləri çəkiləcək, barmaq izləri götürüləcək.

Bu arada ABŞ prezidenti olduğu müddətdə Donald Trampa məktubla tərkibində ölümcül "Risin" maddəsi gön­dərən kanadalı Paskal Ferrier 22 il həbs cəzasına məhkum edilib. Qeyd olunub ki, P.Ferrier cəzasını çəkdikdən sonra ABŞ-dən deportasiya olunacaq və geri qayı­darsa, ömürlük həbs ediləcək.

Xatırladaq ki, məhkum sözügedən məktubu 2020-ci ilin sentyabrında gön­dərmişdi.

“Xalq qəzeti”

Dünya