15 yaşadək futbolçulardan ibarət millimiz UEFA İnkişaf turnirində iştirak edəcək

post-img

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Bu barədə məlumat AFFA-nın rəsmi saytında yerləşdirilib.

Millimiz turnirdə üç oyun keçirəcək. U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qeyd olunan turnirə hazırlıq məqsədilə millimiz avqustun 16-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

İdman