Premyer Liqada III tura bölgə təmsilçiləri start verəcəklər

post-img

Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyunları start götürəcək. Bu mövsüm Premyer Liqaya "Araz-Naxçıvan" klubunun qatılması ilə ölkə çempionatına yeni rəng qatıldı. Artıq geridə qalan iki turun birində məğlub olan Naxçıvan təmsilçisi azarkeşləri və futbol ictimaiyyətini təəccübləndirməyi də bacarıb. Belə ki, ikinci turda "Araz-Naxçıvan" "Dalğa Arena"da "Qəbələ" klubunu heç kiçim gözləmədiyi bir şəkildə 2:0 hesabı ilə məğlub etdi. Qəbələ təmsilçisinin naxçıvanlıların qapısından təsəlli qolu belə vura bilməməsi isə onların Premyer Liqaya təsadüfən düşmədiklərini sübuta yetirən məqamlardan sayıla bilər. 

İndi isə keçək əsas mətləbə. Belə ki, Premyer Liqanın III turu avqustun 18-i start götürəcək. Həmin gün saat 17:00-da "Kəpəz" Gəncə şəhər stadionunda "Turan-Tovuz"u qəbul edəcək.

Avqustun 19-u isə "Səbail" klubu "ASCO Arena"da lider "Zirə"ni qəbul edəcək. Oyun saat 20:00-da start götürəcək. Həmin gün daha bir matç isə Qəbələ şəhər stationunda baş tutacaq. "Qəbələ" klubu "Symqayıt"la qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək. 

Premyer Liqada III tura avqustun 20-si "Qarabağ"-"Araz-Naxçıvan" və "Sabah"-"Neftçi" oyunu ilə yekun vurulacaq. "Azersun Arena"da keçiriləcək "Qarabağ"-"Araz-Naxçıvan" matçı saat 18:00-da, Bank Respublika Arenada keçiriləcək "Sabah"-Neftçi" oynu isə saat 20:00-da start götürəcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman