"Bakıdakı dünya çempionatında 1239 idmançı iştirak edəcək"

post-img

Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təşkil olanan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib ki, 101 ölkədən 1239 idmançı yarışda iştirak edəcək. 55 növdə isə qaliblər müəyyənləşəcək.

Baş katib qonaq komandaların onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını vurğulayıb: “Hazırda müxtəlif ölkələrdən gəlmiş 700-ə yaxın nümayəndə var. Ümumilikdə, 2 mindən çox şəxsin yarışda iştirakı gözlənilir. Filippin son anda çempionata qatılmaqdan imtina edib. Bu, onların daxili məsələləridir. Bizdən asılı məqam deyil. Mundial atıcılıq idmanı üçün xüsusi bayram olacaq".

Qeyd edək ki, bu gün dünya çempionatının açılış mərasimi gerçəkləşəcək. Yarış sentyabrın 1-də başa çatacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman