"Araz Naxçıvan" ilk üç xalını qazandı

post-img

Bu gün Aərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən "Araz Naxçıvan"-"Qəbələ" matçı Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Dalğa Arena"da keçirilən matçda hesab 17-ci dəqiqədə açılıb. "Araz Naxçıvan"ın qolunun müəllifi belçikalı yarımmüdafiəçi İsmail Azzauri olub.  Bundan sonra qarşılıqlı hücumlar təşkil edilsə də, birinci hissədə hesab dəyişməyib. 

İkinci hissədə də üstün oyun nümayiş etdirən Naxçıvan təmsilçisi 83-cü dəqiqədə "Qəbələ"ni meydanın mərkəzinə dəvət edib. Bu dəfə  "Araz Naxçıvan" klubunun heyərində konqolu hücumçu Elvis Maşike fərqlənib-2:0. Bundan sonra matçda hesab dəyişməyib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Araz Naxçıvan" Premyer Liqada ilk üç xalını qazanıb. “Qəbələ” isə mövsümün ilk iki turunun hər ikisində  məğlub olub. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman