Bulvarda “ECO-FEST” ekoloji festival tədbiri keçirildi

post-img

12 Avqust Beynəlxalq Gənclər Günü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş "ECO-FEST" adlı ekoloji festival həyata keçirilib. Layihənin əsas məqsədi gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir. Layinənin ərsəyə gəlməsində 26 Tələbə Gənclər Təşkilatlarının 2000-dən artıq aktiv üzvünün iştirakı ilə 15000-dən artıq plastik butulka yığılıb. Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə "Dayanıqlı Dünyaya Doğru" devizi altında tələbə gənclər təmizlik prosesinə cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlayıblar.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olub, ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının (TGT) çətir təşkilatıdır. İttifaqın əsas missiyası əhatə etdiyimiz gənclərin təhsildən kənar həyatının qeyri-formal təhsilin müxtəlif formalarını təşviq edərək təşkili, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin icrasında tələbə gənclərin rolunu stimullaşdırmaqdır.

Fidan SALMANOVA,

“Xalq qəzeti”







Son xəbərlər