Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında daha 2 medal qazanıb. Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, Azərbaycan boksçularından Lalə Mədətova (48 kq) və Nərmin Əlizadə (52 kq) bürünc medala sahib olublar.
Çimərlik futbolu üzrə Azərbaycan millsi isə növbəti matçda Birləşmiş Ərəb Əmirliklərinin yığmasını 7:3 hesabla məğlub edib. Komandamız turnirdə növbəti oyununu avqustun 8-i Özbəkistan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, bundan əvvəl bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çoxnövçülükdə 1 bürünc, 5 ip, 5 topla isə 2 bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz 5 gümüş, 4 bürünc medala sahib olublar. Cüdoçularımızdan 3-ü qalib adına layiq görülüb, 1-i gümüş, 5-i bürünc medal əldə edib.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

